Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda avtomobil qəzası olub, xəsarət alanlar var.

c report-a istinadən Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Avtomobil qəzası zamanı, 1968-ci il təvəllüdlü R.Qəniyeva, 2013-cü il təvəllüdü İ.Yüsifli və 2000-ci il təvəllüdlü E.Pirməmmədov xəsarət alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info