Velosipedçini avtomobil vurub öldürüb - YEVLAXDA

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ulutv.info-un report-a istinadən məlumatına görə, hadisə rayonun Nematabad kəndində qeydə alınıb.

Velosipedlə hərəkətdə olan, 1964-cü il təvəllüdlü Paşa Qasımovu minik avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info