Sumqayıtda quldurluq olub

Sumqayıtda quldurluq olub.

Bu barədə Ulutv.info-a report-a istinadən DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Ulutv.info[/b]
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info