Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ulutv.info-nun report-a istinadən sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 13-də qeydə alınıb.

"Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır", - açıqlamada bildirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info