Meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Nazirlikdən Ulutv.info-a milli.az-dan istinadən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.

Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info