63 yaşlı kişinin meyiti tapılıb

Ağstafa sakininin meyiti yol kənarında aşkarlanıb.

Ulutv.info milli.az və apa-ya istinadən bildirir ki, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

1959-cu il təvəllüdlü Əhmədov Nürəddin Şükür oğlunun meyiti yolun kənarında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, N.Əhmədov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info