Bakıda gənc oğlan 8-ci mərtəbədən yerə düşdü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.


Ulutv.info apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.

O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.

Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info