Azərbaycanda qadın iynədən şoka düşüb ÖLDÜ

Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.

32gun.az-ın APA-ya istinadla məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 42 yaşlı Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. Qadın Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumlarının bildirdiyinə görə, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Hazırda qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info