Uduzan isə Azərbaycan təhsili və gələcəyidir…

DİM sədri Məleykə Abbaszadə deyib ki, “II qrupda 290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz təhsil alacaqlar”. Biz 1998-ci ildə imtahan verərkən, o dönəmin ən çətin test suallarının bizim ilə təsadüf etdiyini şagirdlər də, müəllimlər də deyirdilər. Ancaq o zaman 250-300 aşağı bal sayılırdı. İndi 290 bal böyük göstərici sayılır.
Ulutv.info yazır ki, bunu Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər deyir. Agil Ələsgər daha sonra fikirlərini şərh edərək deyir:
İlndən ilə nəticələr aşağı düşür. Bir azdan Mövlanədəstiri “Kim olursan ol, yenə gəl” deyib, attestatsız da qəbul edəcəklər. Çünki təhsilimiz heç komada da deyil, morqdadır.
Nazir isə artıq növbəti batıracağı işin kommunikasiyasını, ətrafındakı FETÖ şagirdləri də təhsildən daha nə qədər çırpışdırmağın və postəmrullayev dövründə də nazirliyi əldən buraxmamağın yollarını öyrənməyə çalışırlar…
Uduzan isə Azərbaycan təhsili və gələcəyidir…
Agil Ələsgər
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info