Fəxrəddin Baxışovun Dövlət Vergi Xidmətində işləyən şəriki kimdir?...

Milyonlar qazanan, yüzlərlə işçini əmək müqaviləsi olmadan işlədən, vergidən yayınan Fəxrəddin Baxışov niyə cəzasız qalır..?

Çox müşkül bir zəmanədə yaşayırıq. Biz bazar iqtisadiyyatının, özəl biznesin əleyhinə deyilik. Amma hansısa işbaz şadlıq evi işlədəcək, milyonlar qazanacaq, ətrafda yaşayanları kabab iyisində MƏST edəcək, dörd tərəfə tüstü püskürəcək, amma bir tüstüboğucu aparat alıb obyektinə qoymayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həmin obyekti məhkəməyə verəndə hakim şadlıq evinin sahibinin xeyrinə qərar verəcək. Bax, günümüzün acı mənzərəsi belədir. Bu qısa girişi nə üçün yazdıq..?

Deməli, Bakı şəhərində 3 Balıq evinin ( Şəfa, Dəniz və Dərya ) sahibi olan şəxs üçün nə Ekologiya Nazirliyi var, nə bələdiyyə var, nə icra hakimiyyəti, nə Vergilər Dövlət Xidməti, nə mərifət, nə mədəniyyət, nə….

Bəli, ölkənin tanınmış şəxslərindən biri yazır ki, qonağımla “Dərya balıq evi”nə getdik. Xidmətçi yaxınlaşıb sifarişi qəbul elədi və biz gözləməyə başladıq. 5-10 dəqiqə sonra özünü adminstrator kimi təqdim edən birisi yaxınlaşaraq otağı tərk etməyimizi, buranın “zanit” olduğunu bildirdi....
Fikir verdinizmi, xidmətin, əslində mərifətin səviyyəsinə... Çünki buranın sahibinin bir az xidmət mədəniyyətindən anlayışı olsaydı, onun administratoru o ....-i, o ədəbsizliyi eləməzdi. Hələ bu harasıdır..?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ictimai iaşə obyektlərində monitorinq keçirəndə başda "Şəfa", "Dərya", "Dəniz" balıq evləri gəlir. Hələ bu harasıdır..? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Səbail rayonundakı çimərliklərin ekoloji vəziyyəti ilə bağlı monitorinq aparıb.

Məlum olub ki, adlarını qeyd etdiyimiz balıq evləri də mavi Xəzəri batırır. Bu obyektlərdə təmizləyici qurğular işləmir.

Bəli, Səbail rayonunda, daha dəqiq Şıxovda yerləşən “Dərya və Şəfa balıq evləri” tullantı sularını Xəzərə axıdır. Ölkə mediasında yayılan və təkzib olunmayan yazılardan bəlli olur ki, Bakı şəhəri Səbail rayonun "Şıxov" adlanan ərazisində yerləşən bu balıq evləri iş adamı Fəxrəddin Baxışova məxsusdur. Görəsən, bu bahalı obyektlər hansı pulların hesabına yaradılıb..?
Yazılanlardan bəlli olur ki, bu adamın Masallıda KƏRPİC zavodu var. Və qanunsuz olaraq sudan istifadə etdiyi üçün Azərsu onu 60 min manat cərimə eləyib. Bu adam hər yerdə deyir ki, Masallının ağası da mənəm, xanı da. Hətta həddini aşaraq ölkə rəhbərliyinin guya onu yaxından tanıdığını iddia edir. Bu adamın obyektlərində çalışan yüzlərlə işçilərin əksəriyyəti əmək müqaviləsi olmadan işləyir. Bu qədər obyektlərin sahibi olan, milyonlar qazanan kəs dövlətə vergi ödəməkdən də yayınır. Hələ bu adamın neçə ildir Azəriqaza on minlərlə borcu olduğu bəlli olur. Hələ bu harasıdır..?

Yazılanlardan o da aydın olur ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsində yerləşən “Şəfa” balıq evi böyük ölçülü reklama görə, Dövlət Reklam Agentliyinin rəhbərliyinin tələblərini heç vecinə də almır. Belə faktlar o qədərdir ki, yazmaqla qurtaran deyil. Bunları haradasa başa düşdük. Bəs görəsən, hər gün bu obyektlərdə yeyib-içən, istirahət edən Səbail rayon icra orqanları, bələdiyyə üzvləri, Ekologiya Nazirliyinin vəzifəli şəxsləri bütün bu qanunsuzluqları görmürlər..?

Bütün bu qanunsuzluqlar bizi məcbur edir ki, ölkənin müstəqil jurnalistləri bir araya gəlib mətbuat konfransı keçirərək cənab Prezidentimiz İlham Əliyevə müraciət edək. Və bildirək ki, bəzi məmurlardan, yaxud iş adamlarından yazanda, özü də anonim deyil, açıq şəkildə yazanda az qala bizi topa-tüfəngə tuturlar, bizi məhkəmə ilə hədələyirlər və s.

Bu gün Səbail rayonu, "Şıxov" çimərliyi ərazisində, pulsuz çimərlik kimi tanınan qanunsuz olaraq hektarlarla ərazini zəbt edərək fəaliyyət göstərən "Dərya" və "Şəfa" balıq evlərinin gündəlik gəliri 100 min manatdan artıqdır. Bu gəlirləri gizlətmək üçün Fəxrəddin Baxışov dövlətdən 10 milyonlarla kredit götürür.

Baxın, pulsuz çimərlik ərazisi kimi tanınan bu ticarət obyektində Fəxrəddin Baxışov elə qanunsuz əməllərə imza atır ki, (lap "Qaçaq Nəbi" filmindəki epizod yadımıza düşür) bunun cavabını ancaq həbs olunması ilə verə bilər. Fəxrəddin Baxışov çox yüksək çinli məmurların adından istifadə edərək, ondan yazan jurnalistləri "Gecə ilə apartdıraram" deməkdən belə çəkinmir. Fəxrəddin Baxışov hər yerdə bildirir ki, nə qədər ki, Muxtar müəllim Dövlət Vergi Xidmətindədir, bizə heç kim cərimə yaza bilməz. Hətta məclislərin birində Fəxrəddin Baxışov onu da bildirdi ki, bilirsiniz də Muxtar müəllim kiminlə qohum olub?

Biz isə üzümüzü Fəxrəddin Baxışova tutaraq bildiririk ki, sənin kiminlə qohum olmağından asılı olmayaraq biz ölkə başçısına müraciət edərək, "Şəfa", "Dərya", "Dəniz" balıq evlərinin kimə məxsus olması və həmin obyektlərdə kompleks yoxlamaların aparılmasını xahiş edəcəyik.
Yuxarıda adlarını çəkdiyimiz şəxslər, dənizin bu qədər daşla, kəpirlə, qayalarla doldurularaq ekoloji problemin yaradılmasını nə ilə izah edəcəklər?
Biz inanırıq ki, Buzovnada baş verən söküntü işləri Səbail rayonu ərazisində qanunsuz fəaliyyət göstərən "Şəfa", "Dərya" və "Dəniz" balıq evlərində davam etdiriləcək. Ümidvarıq ki, pulsuz çimərlikləri zəbt edərək, kasıb xalqın göz dikdikləri ərazilərdə öz biznes obyektlərini yaradan Fəxrəddin Baxışov və onun şəriki Xanlar adlı şəxslər öz cəzalarını alacaqlar. Hələ biz yenicə əməliyyatdan çıxmış Xanların oğlunun "Şəfa" balıq evinin mərkəzində dayanaraq, var-gəl etməsindən danışmırıq.
Dövlət Vergi Xidməti bir gün monitorinq aparsa görər ki, "Şəfa", "Dərya" və "Dəniz" balıq evlərinin hər birinin bir günlük dövriyyəsi, milyonlarla manatdır. Görəsən, "Şəfa", "Dərya" və "Dəniz" balıq evlərinin Dövlət Vergi Xidmətində illik dövriyyəsi nə qədər göstərilir? Bax, onda biləcəyik ki Muxtar müəllim kimdir?

Biz isə açıq mətnlə deyirik ki, bütün bu əməllərin bir adı var – DAĞIDICILIQ. Biz bir media olaraq buna imkan verməyəcəyik.

Növbəti yazımızda Ekologiya Nazirliyi, Səbail Rayon Bələdiyyəsi, Səbail Rayon İcra Hakimiyyəti, Səbail Rayon Prokurorluğu, Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və başqa qurumlara göndərilən sorğuların cavablarını dərc edəcəyik. (Gündəlik Bakı")

Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info