London, Belfast və Edinburq şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası təşkil edilib - FOTO

Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının London, Belfast və Edinburq şəhərlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə məlumatlandırma aksiyası keçirilib.
Aksiya zamanı Xocalı həqiqətlərini əks etdirən LED ekranlı avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələrində hərəkət edərək, yerli sakinlərin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımına yönəldib.
Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə baş tutan aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində gerçəkləşib.
LED ekranlarda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Erməni lideri hərbi cinayətləri etiraf edib”, “Erməni hərbi cinayətkarlarını məsuliyyətə cəlb edin!”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Qarabağ Azərbaycandır!”, “Xocalını xatırla!”, “Xocalıda qətlə yetirilən 63 uşağı xatırla!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüarları və çağırışları ilə müşayiət olunub.

_________________________________________________________________________

"Justice for Khojaly!" awareness campaign was held in London, Belfast and Edinburgh

An awareness-raising campaign dedicated to the 31st anniversary of the Khojaly
Genocide was held in London, Belfast and Edinburgh cities the United Kingdom of Great Britain and Northern Ireland.

The rally held by the Coordination Council of British Azerbaijanis, was carried out within the framework of the "Justice for Khojaly" international awareness campaign launched at the initiative of Leyla Aliyeva, Vice –President of Heydar Aliyev Foundation.
The vehicles with LED screens reflecting Khojaly truths moved through the
crowded central streets of the cities.

Slogans such as "Justice for Khojaly!", "Recognize the Khojaly Genocide", "Armenia's crime against humanity", "Armenia's overnight genocide in Khojaly", "Armenian leader confessed war crimes", "Azerbaijani demand justice!", "Karabakh is Azerbaijan!" , "Remember Khojaly!", "We remember!", "Pray for Khojaly!", "63 children, including newborns, were killed in Khojaly!", "February 26, 1992, 613 Azerbaijanis, 106 women, 63 children, and 70 elderly persons were killed, 1275 Azerbaijanis were taken hostage, 76 children were disabled, 25 children lost both parents,130 children lost one parent, 8 families were completely annihilated" were displayed on the screen.

___________________________________________________________________________

В Лондоне, Белфасте и Эдинбурге организована информационная акция “Справедливость к Xoджалы!”

В городах Соединенного Королевства Великобритании и Северной Ирландии - Лондоне, Белфасте и Эдинбурге при поддержке Фонда Гейдара Алиева проведена информационная акция в связи с 31-й годовщиной Xoджалинского геноцида.
Акция, организованная по инициативе Координационного совета азербайджанцев Британии, состоялась в рамках международной кампании “Справедливость к Xoджалы”, осуществляемой по инициативе вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой.
В ходе мероприятия автомобили с LED экранами, отражающими ходжалинские реалии, передвигаясь по многолюдным центральным улицам городов, привлекали внимание местных жителей к чудовищному геноциду, совершенному армянскими вооруженными силами против азербайджанцев в ночь с 25 на 26 февраля 1992 года в Ходжалы.
На экране демонстрировались флаг, карта Азербайджана, имена и фотоснимки жертв Ходжалинского геноцида. Изображения сопровождались лозунгами и призывами “Справедливость к Ходжалы!”, “Признайте Xoджалинский геноцид!”, “Преступление Армении против человечности”, “Армянский лидер признал военные преступления”, “Привлечь к ответственности армянских военных преступников!”, “Aзербайджанцы требуют справедливости!”, “Карабах – это Азербайджан!”, “Помни Xoджалы!”, “Помни о 63 детях, убитых в Ходжалы!”, “В Xoджалы убиты 63 ребенка, в том числе новорожденные!”, “26 февраля 1992 года. Убиты 613 азербайджанцев, среди которых 106 женщин, 63 ребенка, 70 стариков. 1275 азербайджанцев взяты в заложники. 76 детей стали инвалидами. 25 детей потеряли обоих родителей. 130 детей потеряли одного из родителей, 8 семей полностью уничтожены”.












Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info