London Kral Kollecində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib - FOTO/VİDEO

London şəhərində yerləşən Kral Kollecində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin və London universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşları, Qarabağ məktəbinin müəllim və şagirdləri, İngiltərə, Yunanıstan, Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrdən olan müəllim-tələbə heyəti iştirak edib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov və başqaları bəşəriyyətin vicdanlı kəsimini şoka salan bu faciədən, bir sıra ölkələr tərəfindən tanınmış Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin və bu dəhşətli cinayəti törədənlərin öz layiqli cəzalarını almasının önəmindən danışıblar.

Konfransda Britaniyada yaşayan antropoloq Prof. Tamara Dragadze, London Azərbaycan Evinin rəhbəri Dr. Ali Təkin Atalar, Gürcüstanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Mariam Khokerashvili, London Kral Kollecinin tələbəsi Kənan Quluzadə, Ukraynadan qaçqın düşmüş azərbaycanlı tələbə Leyla Əsgərova çıxış edib, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyə nail olmağın yolları və regional inkişaf barəsində müzakirələr aparılıb.

Sonra Xocalıdan olan Əfsanə adlı qızın hekayəsi təqdim edilib, “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin müəllim və tələbələrinin ifasında klassik musiqi parçaları, məktəb xorunun ifasında isə “Əsgər marşı” səsləndirilib.

Tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Qarabağ məktəbinin şagirdləri və müəllimləri, eləcə də xarici ölkələrdən Britaniyaya oxumağa gəlmiş tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında kitablar, broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 31-cü ildönümü ərəfəsində Britaniya Azərbaycanlıları Cəmiyyətinin üzvləri məktub kampaniyasına start veriblər. Birləşmiş Krallığın bir sıra dövlət və hökumət nümayəndələrinə ünvanlanan məktublarda erməni silahlılarının Xocalıda törətdikləri vəhşiliklər, faciənin soyqırımı kimi tanınması və cinayətkarların ədalət mühakiməsinə çıxarılmasının vacibliyi xüsusilə nəzərə çatdırılıb.



UluTv.info
____________________________________________________________________

В Королевском колледже Лондона организована конференция в связи с Ходжалинским геноцидом

В находящемся в Лондоне Королевском колледже состоялась конференция в связи с 31-й годовщиной Ходжалинского геноцида.
В конференции, организованной Обществом азербайджанцев Британии и азербайджанскими студентами, обучающимися в лондонских университетах, при поддержке Государственного комитета по работе с диаспорой, принимали участие сотрудники посольства Азербайджана в Соединенном Королевстве, педагоги и учащиеся школы “Карабах”, преподаватели и студенты из Англии, Греции, Грузии, Турции и ряда других стран.

Сначала минутой молчания была почтена память жертв Ходжалинского геноцида.
Выступая на мероприятии, посол Азербайджана в Соединенном Королевстве Великобритании и Северной Ирландии Элин Сулейманов и другие говорили о трагедии, шокировавшей добросовестную часть человечества, значении политико-правовой оценки Ходжалинского геноцида, признанного рядом стран, на международном уровне и заслуженного наказания зачинщиков этого чудовищного преступления.
На конференции также состоялось обсуждение путей достижения мира и стабильности в регионе Южного Кавказа и регионального развития.
Затем был представлен рассказ девушки из Ходжалы по имени Афсана, в исполнении педагогов и учащихся азербайджанской воскресной школы “Карабах” прозвучали отрывки из классической музыки, а в исполнении школьного хора - “Солдатский марш”.
Участникам мероприятия были розданы подготовленные Фондом Гейдара Алиева книги, брошюры, значки, связанные с Ходжалинским геноцидом, и диски фильма “Бесконечный коридор”.
Отметим, что накануне 31-й годовщины Ходжалинского геноцида члены Общества азербайджанцев Британии развернули кампанию по написанию писем.
B письмах, адресованных ряду представителей государства и правительства Соединенного Королевства, особо подчеркиваются злодеяния, учиненные армянскими боевиками в Ходжалы, важность признания трагедии как геноцида и ответа преступников перед правосудием.


UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info