BDU-nin birinci kurs tələbəsi Aysel Quliyeva Xocalı faciəsi ilə bağlı yazdı


1992-ci il fevralın 25-dən 26-na keçən gecə iyirminci əsrin ən dəhşətli faciəsi bütün türk dünyasına qarşı törədilmiş bir cinayət aktıdır.

Xocalı faciəsindən 31 il keçir.​ Xocalını görməyərək yetişən bir nəsil var. Biz Xocalıdan olub, Xocalısız dünyaya gələn nəsl o yerləri görməsək belə valideynlərimizin gözlərində , kədərində və bütün varlğında bunu hiss edir və heçvaxt unutmarıq bu isə sübut edir ki, Vətən yurd sevgisi, qan yaddaşı ilə nəsldən nəslə keçir. Xocalını görməyən bir nəsl yetişib. Mən bu nəslə güllələnmiş uşaqlıq adını verərdim. Biz dünyaya gələn nəsl valideynlərimizlə birlikdə o faciəni həmişə yaşayarıq. Biz Xocalını görməsək də o doğma torpaq haqqında təəssüratlarımız çoxdur və Xocalının necə bir şəhər olduğunu təsəvvür edə bilirik.
Biz bu gün Xocalının həsrətini çəkirik. Valideynlərim o dəhşətli faciənin canlı şahidləridir. Onları həmişə göz yaşımı, səsimi içimdə boğa boğa dinləyirəm. Onların başlarına gətirilən müsibətləri heçvaxt unuda bilmirəm. Əlimdə əlacım olsa 26 fevral gününü təqvimdən belə çıxardaram. Bəlkə də elə düşünülür ki, Xocalıda doğulmayan oranı görməyənlər onun həsrətini çəkən bilməzlər. Ancaq Xocalı mənim ürəyimdir. Xocalı mənim gözlərimdə yaş, qəlbimdə aram tutmayan dərd, kədər, niskildir.
Bugün Xocalı həqiqətlərini dünyaya çatdırılmasında hər birimiz fəal olmalıyıq. Artıq 44 günlük müharibədən sonra bütün dünya Azərbaycanın gücünü gördü. Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasət, müzəffər ordumuzun gücü, xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olundu.
İndi Yeni Qarabağ salınır. Biz Xocalılar tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Mən günahsız Xocalı qurbanlarını, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən o vətən övladılarına Allahdan rəhmət diləyir, xalqıma başsağlığı verirəm.

Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev.
Yaşasın Azərbaycan.
Qarabağ Azərbaycandır.

Aysel Quliyeva
Bakı Dövlət universitetinin birinci kurs tələbəsi

Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info