Fərid Şərifov: Zərifə xanım Əliyeva gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Zərifə xanım Əliyeva xalqımızın, onu tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş səmimi bir insan idi. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.”

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Yüksək insani keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırmışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur.
Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.

Zərifə xanım və Onun həyat yoldaşı, Ümummilli lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu öndərə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.

Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvanda isə şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də, Naxçıvan şəhərində Zərifə Əliyevanın adını daşıyan küçə var.

Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti bu görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad edilir.

Mən Fərid Şərifov bildirmək istəyirəm ki, Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Hörmətlə YAP-ın Üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, 1-ci vitse prezident Mehriban Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info