Heydər Əliyev Fondunun qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardımını aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb

Heydər Əliyev Fondunun qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardımını aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün göndərilən 36 ton humanitar yardım-müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info