Ərdoğan: “NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq”

Türkiyə Prezidenti Ərdoğan: “NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq”

“Ümid edirəm ki, biz ölkə, millət olaraq birlik və həmrəylik içində bu faciəli günləri arxada qoyacağıq. Hazırda Türkiyəyə yardım göstərmək istəyən dövlətlər ölkə rəhbərliyinə müraciət edir.NATO və Avropa Birliyi ilə yanaşı, 45 ölkədən də yardım təklifi almışıq.

Ölkənin hər yerindən zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, avadanlıqlar, yardım materialları göndərilir və xilasetmə işləri üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək. Hazırda 9 min kişi axtarış-xilasetmə işlərində iştirak edir və bu say zəlzələ bölgəsində artmaqda davam edəcək”.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info