BƏXTİYARIN "OĞURLANMA ŞOUSU"NUN ARXASINDAKI SİRR!

Bəxtiyar Hacıyevin Vüsalə Mahirqızı ilə yazışmasında bu cümlələrə rast gəldim: “Gecə saat 4-də yatmışam, 8-də oyanmışam. Axşam futboldan sonra Kənanla görüşdük, Hacı Salayevin oğlu ilə… Çox ağıllı, mədəni, maraqlı oğlanmış”.

Vüsalənin cavabı isə belə olur: “Hə, Hacı özü də yaxşı adamdı, mədəni insandı…”

İlk baxışda burda diqqət çəkən heç nə yoxdur. O zaman gəlin Hacının kimliyinə baxaq. Kimdir Hacı?

Salayev Hacı Hacı Baba oğlu – 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən IV və V çağırış Milli Məclisə deputat seçilib.

Salayevin internetdə rus dilində paylaşılan tərcümeyi-halından bu cümlələr diqqətimi çəkdi:

“С февраля 1996 года по октябрь 2002 года проходил военную службу в Специальном управлении при Президенте Азербайджанской Республики (Военная служба контрразведки, Министерство национальной безопасности). За время службы работал на различных должностях. Последней занимаемой должностью была должность начальника отдела Министерства национальной безопасности Азербайджанской Республики. Полковник в запасе.
С ноября 2002 года по март 2005 года занимал должность генерального директора охранной компании TRUST.
С августа 2005 года по март 2006 года работал советником по вопросам безопасности и начальником Департамента безопасности Государственной нефтяной компании Азербайджанской Республики.
С марта 2006 года по февраль 2010 года занимал должность председателя правления охранной компании “TRUST””.
“TRUST” şirkətinin nə işlə məşğul olduğu barədə internetdən ətraflı məlumat toplaya bilərsiniz. Bircə şeyi deyim ki, şirkətin tanıtım reklamında bu cümlələr yer alır: “Компания “Trust-ST” предлагает на рынке Азербайджана новейшие технологии по системам безопасности… охранное видеонаблюдение…”

İndi isə Bəxtiyarın aylar öncəki bəyanatlarını xatırlayın. Nə deyirdi Bəxtiyar? Deyirdi ki, hiss etdim ki, naməlum adamlar əllərində müasir texnoloji avadanlıqlarla məni video-nəzarətə götürüblər. Hə, yadımdan çıxmamış bir şeyi də deyim. Bəxtiyar deyirdi ki, naməlum adamlar onu oğurlayıb, harasa aparıblar və başına işəyiblər.

Bütün bu olaylardan sonra Bəxtiyarın hədəf aldığı yalnız 3 adam olub: Prezident İlham Əliyev, DİN rəhbəri Vilayət Eyvazov və DTX sədri Əli Nağıyev!
Soruşa bilərsiniz ki… soruşmayın, mən özüm deyim: dövlət Bəxtiyar Hacıyevlə Hacı Salayev və “TRUST” şirkətinin əlaqələrini araşdırsa, çox qaranlıq məqamlara işıq düşər…

Çox ciddi məsələlərdə zənnim məni heç bir zaman yanıltmayıb…

Fərəməz Novruzoğlu
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info