Ümummilli Liderin anım günü ilə bağlı tədbirlər keçirilib - FOTOLAR
Gündəm
12-12-2022, 12:44
419
İqtisadiyyat Nazirliyində, eləcə də strukturuna daxil olan və tabeliyindəki qurumlarda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib.
Nazirliyin kollektivi Fəxri Xiyabanda olub, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub. Nazirliyin əməkdaşları həmçinin, Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini əks etdirən eksponatlar, fotoşəkillər və kitablarla tanış olublar.
İqtisadiyyat Nazirliyində təşkil olunan anım tədbiri isə Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx, Bakı Kamera Orkestri tərəfindən hazırlanan bədii kompozisiya nümayiş olunub.
Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info