Türkiyənin Suriyada həlak olan hərbçilərinin sayı 2-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həlak olan hərbçilərinin sayı 2-yə çatıb.

“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Çavuşlar Ömür Ertuğrul Sarı və Muhammed Mustafa Koca yaralanaraq şəhid olublar.

Daha bir hərbçi isə yaralıdır.

13:40

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında şəhid verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, çavuş Muhammed Mustafa Koca terrorçuların atəşi nəticəsində həlak olub.

Əməliyyat zamanı daha 2 hərbçi yaralanıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info