Azərbaycanlı iş adamlarına kömək etməyə hazırıq - Lvov rəhbəri


Generatorlar, transformatorlar və digər enerji avadanlıqları şəklində köməyə, müharibə nəticəsində zərər çəkmiş uşaqları reabilitasiya və istirahət üçün qəbul etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edirəm.

Bunu Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Kozitski Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüş zamanı bildirib.

“Azərbaycan biznesi tərəfdaşlıqda maraqlıdırsa, Lvov vilayəti dövlət administrasiyası bütün məsələlər üzrə kompleks dəstək verəcək. Genişmiqyaslı müharibə başlayandan bəri çətinlik çəkən insanlara qida və sığınacaqlarda kömək edən, hətta könüllülər mərkəzi yaradan fəal Azərbaycan icmasına ayrıca təşəkkür edirəm”, - deyə Maksim Kozitski əlavə edib.

Görüş zamanı səfir Seymur Mərdəliyev Lvov vilayətinin sənaye, enerji və nəqliyyat, logistika və turizm sahələrində əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. O, bu istiqamətlərdə regionlararası əməkdaşlığı dərinləşdirilməyi təklif edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info