Milli Məclisin deputatı Vyanaya gedir


Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi əlaqələr, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev martın 17-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

Millət vəkili ATƏT-in İqtisadiyyat və ətraf mühit fəaliyyətləri üzrə koordinatoru ilə görüşdə iştirak edəcək. Görüşdə bir sıra iqtisadi və ekoloji məsələlərə dair əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər martın 19-da başa çatacaq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info