Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

Tədbirdə iştirakçılar prosedur haqqında məlumatlandırılıb, sahibkarları maraqlandıran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla
görüş keçirilib. 30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət
Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif
Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük
proseduru haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə
artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal
edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım
müşahidə edilib. Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.
Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar
cavablandırılıb.
Qeyd: Daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o
cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. Azərbaycanda
malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmir və emal məqsədilə
həyata keçirilir. Bu da öz növbəsində emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin
stimullaşdırılmasına şərait yaradır.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info