İtaliya Prezidenti Draqinin istefasını qəbul etməyib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

Ulutv.info-nun report-a istinadən məlumatına görə, bu barədə “Ansa” agentliyi məlumat yayıb.

İndi Prezidentin qərarı ilə İtaliya parlamenti səsvermə keçirməli olacaq ki, bu da Draqi hökumətinin deputatların əksəriyyətinin dəstəyini alıb-almadığını göstərəcək.

Səsvermə çərşənbə günü keçirilə bilər.

21:07
İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdıracaq.

“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm”, - məlumatda deyilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info