Səfir: "Fransa azad edilən ərazilərin minalardan təmizlənməsində Azərbaycanı dəstəkləyir"

“Fransa azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir”.

Ulutv.info report-a istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransa tərəfi bu məsələdə ANAMA ilə əməkdaşlıq edir, minatəmizləmə avadanlıqlarının tədarükünə dəstək verir: “Təəssüf ki, buna baxmayaraq, minalar insanların həyatına son qoymaqda davam edir”.

Z.Qross Fransa ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib: "Hər iki ölkə sabitliyin və rifahın daha da möhkəmləndirilməsi naminə əməkdaşlığı gücləndirir".


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info