Almaniya Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin araşdırılmasına vəsait ayıracaq

"Almaniya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə əlavə 1 milyon avro ayıracaq".

Ulutv.info
report və ukrinform-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Lindner Haaqada keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Almaniya ağır cinayətləri törədənlərin cəzasız qalmaması üçün hər şeyi edəcək: "Rusiyanın cinayətlərinə dair sübutların toplanması, təhlili vacibdir".

Xatırladaq ki, Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair beynəlxalq konfrans keçirilir.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info