Rusiya 26 ildən sonra Qran-pridən məhrum olub FƏRDİ

Fiqurlu konkisürmə üzrə Rusiya Qran-Prisi 1996-cı ildən sonra ilk dəfə baş tutmayacaq.

Ulutv.info-nun report-a istinadən məlumatına görə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) növbəti mövsüm üçün Qran-pri təqvimini təsdiqləyib.

Rusiya mərhələsi siyahıya daxil edilməyib. Əvəzində, yarış 25 - 27 noyabrda Finlandiyanın Espoo şəhərində baş tutacaq.

Qeyd edək ki, daha əvvəl ISU Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı turnirləri ləğv edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info