Altı yaşlı qızı ona intim VİDEO göndərməyə razı salıb

Rusiyada Tümen sakini altı yaşlı qızı intim videonu çəkib ona göndərməyə razı salıb.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu barədə Tümen vilayətinin məhkəmə sisteminin birgə mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 21 yaşlı rusiyalı sosial şəbəkələrdə məktəbəqədər uşaq tapıb. Kişi qısa yazışmalardan sonra uşağı bədənin intim hissələrini göstərməyə xahiş edib.

Qız nəinki çılpaq görünməyə razılaşdı, həm də video çəkdi. Kompromat görüntüləri azyaşlının anası planşetdəki yaddaşı təmizləyərkən görüb. O, hüquq-mühafizə orqanlarına şikayət edib. Qadının sözlərinə görə, planşet qıza oyunlar üçün verilib.

Tümen sakini baş verənlərdən sonra 12 il ciddi rejimli koloniyasında keçirəcək. Bundan əlavə, o, yetkinlik yaşına çatmayanın valideynlərinə mənəvi ziyana görə 300 min rubl (5100 dollar) təzminat ödəməlidir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info