Valideynlərindən pul almaq üçün öz oğurlanmasını təşkil etdi

Nigeriyanın Abeokuta şəhərinin sakini girov olaraq valideynlərindən külli miqdarda pul almaq üçün öz oğurlanmasını təşkil edib.

Ulutv.info milli.az və oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı Şoqun Mafimidovo dostları ilə razılaşaraq, silahlı cinayətkarlar tərəfindən qaçırıldığını bəhanə edərək valideynlərindən 8 milyon Nigeriya nayrı tələb edib.

O, valideynlərinə əlləri bağlı halda saxta fotoşəkillərini göndərib.

Dostları Mafimidovonun ailəsinə pulu köçürməli olduqları hesab nömrəsini göndəriblər. Lakin polis texniki araşdırma aparıb, nigeriyalının özünü və dostlarını tapıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info