Yunanıstanda yanğınsöndürən helikopter qəzaya uğrayıb.

Yunanıstanın Samos adasında Mi-8 yanğınsöndürən helikopteri qəzaya uğrayıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə "Proto Thema" qəzeti məlumat yayıb.

Adada meşə yanğınının söndürülməsinə cəlb olunan helikopter Agios Minas bölgəsində qəzaya uğrayıb. Helikopterdə bir yunan və iki əcnəbi olub. Onlar itkin düşmüş hesab olunurlar.

Quruda və havadan axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info