Yaponiyanın sabiq baş naziri Şinzo Abe kimdir və niyə öldürüldü?

Bu günlərdə dünya Yaponiyadan gələn xəbərlə sarsıldı... Beləki Yaponiyanın keçmiş baş naziri Şinzo Abe silahlı hücum nəticəsində dünyasını dəyişib. Baş verən bu hadisə həm Yaponiyada həm də dünyada böyük rezorans doğurub. Müasir Yaponiyanın hökumət tarixində xidmətləri olan, keşmiş baş nazir Şinzo Abe haqqında maraqlı faktları sizin diqqətinizə çatdırmaq istərdim

ŞİNZO ABE KİMDİR?

Şinzo Abe 1954-cü ildə Yaponiyanın Naqata şəhərində anadan olub.

Siyasi ailədə doğulan Abenin babası Kan Abe və atası Şintaro Abe də siyasətçi olublar. Anası Yoko Kişi keçmiş baş nazir Nobusuke Kişinin qızı idi.

Daha sonra Cənubi Kaliforniya Universitetində siyasi elmlər üzrə təhsil almaq üçün ABŞ-a köçüb. 1979-cu ilin aprelində Kobe Steel-də işləməyə başlayıb.

1982-ci ildə şirkətdən ayrıldı və müxtəlif yerlərdə çalışdı: səlahiyyətli köməkçi, Xarici İşlər Naziri, LDP Baş Şurası sədrinin şəxsi katibi və LDP Baş Katibliyinin katibi oldu.

9 sentyabr 2007-ci ildə Yaponiya Hərbi Dəniz Qüvvələri Əfqanıstandan şəxsi heyəti çıxarmaq planını dayandırdı. 2007-ci ildə istefa verib

Şinzo Abe 2007-ci il sentyabrın 12-də səhhətindəki problemlərə görə Yaponiyanın baş naziri vəzifəsindən istefa verdi.

2012-ci ildə YENƏ BAŞ NAZİR SEÇİLİB

O, 2012 -ci ildə 478 səsdən 328-ni qazanaraq ikinci dəfə Yaponiyanın Baş naziri seçilib. Yenidən baş nazir seçilən Abe ikinci dəfə bu vəzifəyə gəlib. Son 6 ildə seçilən 7-ci baş nazir olub. 26 dekabr 2012-ci il tarixindən vəzifəyə başlayıb. 28 avqust 2020-ci ildə Abe xoralı kolit xəstəliyinin təkrarlanmasını əsas gətirərək baş nazir və Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa verib.

ŞƏXSİ HƏYATI

Şinzo Abenin sevimli hobbisi oxçuluq olub. Nazir ölümündən öncə Yaponiya Oxçuluq Federasıyasının nümayəndəsi kimi tanınıb.

SİLAHLI HÜCUM

Şinzo Abe 8 iyul 2022-ci ildə Nara şəhərində mitinqdə çıxış edərkən hücuma məruz qalıb və ağır yaralanıb.
Bütün səylərə baxmayaraq, Abeni xilas etmək mümkün olmayıb.

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info