90 milyard təzminat alan yəhudilər və yarası sarınmayan bosniyalılar...

Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliam- Holokost qurbanları( Yəhudi soyqırımı ) dünyada soyqırım kimi tanınıb. Holokost qurbanlarının sayı uzun zaman ancaq təxmin edilmişdir. Nürnberg məhkəməsi 1946-cı ildə öldürülən yəhudilərin sayı ilk dəfə 6 milyon hesab olunurdu. 1945-ci ilə qədər təhlükəsizlik nazirliyində işləmiş Wilhelm Höttl adlı məmur Adolf Eichmannın ona dediklərini məhkəmə qarşısında belə açıqlamışdır:

" Ölüm düşərgələrində cəmi dörd milyon, digər formalarda 2 milyon yəhudi öldürülmüşdür. Digər formalarda öldürülənlərin çoxu Rusiyaya doğru irəliləyən ordunun içindəki SS komandaların tapdığı yəhudiləri güllələməsi ilə ölmüşdür. "

Holokostu araşdıranlar bundan sonrakı tarixdə daha aşağı saylar ortaya qoydu. 1953-cü ildə ingilis tarixçi Gerald Reitlinger ölən yəhudilərin sayını 4,2–4,7 milyon təxmin etdi. ABŞ-lı tarixçi Raul Hilberg isə 1961-ci ildə 5,1 milyon sayını ortaya qoydu. Digər bir ingilis tarixçi Martin Gilbert 1982-ci ildə 5,7 milyon sayını ortaya qoydu.

1990-cı ildən bu zamana qədər bilinməyən sənədlərlə dolu Sovet arxivləri tarixçilərə məlum oldu. Bu arxivdə düşərgələrə köçürülənlər siyahısı, sürgün üçün istifadə olunan qatarların planları və yəhudilərin Holokostdan əvvəlki sayını ehtiva edən sənədlər tapıldı. Bu sənədlərin köməyi ilə öldürülənlərin sayları təkrar hesablanmış və məsələn, “Auschwitz” ölüm düşərgəsində 1,1 milyondan daha az yəhudi öldürüldüyü ortaya çıxdı. Digər ölkələrdə də ölənlərin sayları daha dəqiq olaraq hesablandı.

Volfgang Benzin yazdığı "Dimension des Wolkermords" (1991) adlı kitabda günümüzdə ən güvənilən məlumatlara və mənbələrə əsaslanaraq hesablanmış rəqəmlər bu günümüzdə ən güvənilən saylar qəbul olunur. Burkhard Asmussun 2002-ci ildə ortaya qoyduğu daha kobud hesablardan sonra qəbul edilən ən müasir ədədlər ən az 5,6 milyon və ən çox 6,3 milyon ədədləri arasında hərəkət etməkdədir.


“Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Assosiasiya Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədi ilə yaradılıb.

Adalet.az xəbər verir ki, Almaniyanın Holokostdan sağ çıxan zəif və həssas insanlara evdə qulluq və dəstək xidmətləri göstərmək üçün daha 720 milyon dollar (647 milyon avro) verəcəyi bildirilir. Bu haqda “Yəhudi Material İddia Assosiasiyası”nın rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, “Yəhudi Material İddia Assosiasiyası” yarandığı gündən etbarən Almaniya hökumətindən 90 milyard dollardan çox pul alıb və o pulu qətl edilmiş insanların ailələrinə və müharibədə ziyan çəkmiş yəhudilərə ödəyib.

P.S.Beynəlxalq aləmin, hegemon dövlətlərin, xüsusən Qərbin gözləri qarşısında baş vermiş Srebrenitsa şəhərində 8 min 372 bosniyalı müsəlmanı-boşnakı qətlə yetirdiyini gördü və hələ də susur. Hələ də Serbiya müsəlman olduqları olduğu üçün öldürdüyü bosnyalıların qətliamını “Soyqırım” kimi qəbul etməyib, onlara təzminat ödəməyib.

Əntiqə Rəşid
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info