Rusiya BMT TŞ-nin iclasını çağırıb

Rusiya zəbt etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib.

Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info