Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI...

Azərbaycanda doxsanıncı illərin əvvəllərində hökm sürən xaos, dövlət nəzarətsizliyi infrastruktura, ekologiyaya ciddi zərbə vurdu. Ölkədə yaranmış xaosdan istifadə edən bəzi şəxslər dövlət mülkiyyətində olan inventarları, fabrik və zavodlara aid əraziləri satışa çıxardılar. Təəssüflər olsun ki, belə acınacaqlı məqamlara günümüzdə də rast gəlinir.

AzFakt.com xəbər verir ki, iddialara görə ərazisi satılan zavodlardan biri də Binəqədi rayonunda yerləşən Milli Aerokosmik Agentliyinin ərazisidir.

Bir neçə il öncə böyük əhəmiyyətə malik zavodun ərazisinin iş adamlarına satıldığı, hazırda həmin ərazidə yaşayış binalarının tikildiyi bildirilir.

AaFakt.com-un google-maps sistemindən əldə etdiyi məlumatda da zavodun ərazisində tikinti işlərinin aparıldığı açıq-aydın görünür.

Araşdırmamız zamanı məlum oldu ki, ərazidə tikilən yaşayış binalarının tikintisi artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur.

Agentlik Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info