Sevinc Telmanqızıdan toyda fit çalan Bəhram Bağırzadəyə REAKSİYA: "Ay şəhər uşağı..." - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib. O, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.

Ulutv.org xəbər verir ki, "TV Musavat"ın baş redaktoru, aparıcı Sevinc Telmanqızı canlı efirdə vaxtilə "kəndli, şəhərli" açıqlaması ilə gündəmdən düşməyən Bəhram Bağırzadəni sərt tənqid edib.

Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu. "Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - deyə o söyləmişdi.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info