Onlar xonça bəzəyərək Novruz inanclarından danışıblar - FOTOLAR

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən Qəyyumlu sədr müavini, Esmanur Tədris Mərkəzinin direktoru İlahə Xuduqızı ilə birlikdə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən Novruz bayramı münasibətilə Novruz adət və ənənələrinə sadiq qalaraq bir neçə qazi ünvanlarında olub, onlara bayram sovqatları çatdırıblar.

Dostluq, həmrəylik, birlik və yüksək mənəviyyat bayramı olan Novruz ənənələrinə uyğun olaraq, onlar xonça bəzəyərək Novruz inanclarından danışıblar. Xonçaların hazırlanmasında Esmanur Tədris Mərkəzinin direktoru İlahə Xuduqızının xüsusi dəstəyi olub.

Novruz bayramınız mübarək olsun! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq! Ocağımızdan odumuz tükənməsin, süfrələrimizdən bərəkətimiz əskik olmasın!

Uca Tanrı dövlətimizi, xalqımızı qorusun!

F.Şərifov
Ulutv.İnfo













Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info