Tovuz döyüşləri zamanı Bakı KTMT-ni proseslərdən necə kənarlaşdırdı?

“İkinci Qarabağ müharibəsinə aparan Tovuz döyüşlərindən iki il keçir. Məhz Ermənistan Qarabağ cəbhəsində deyil, hərbi eskalasiyani Tovuz istiqamətində etməklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə çalışırdı. Amma, KTMT müdaxilə etməyəcəyini elan etdi. Halbuki KTMT nizamnaməsinə görə müdaxilə edə bilərdi”. Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Tovuz döyüşləri və KTMT-nin prosesə müdaxiləetməməsi haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın KTMT üzv ölkələri ilə ikitərəfli əlaqələrin olması, bu təşkilatın neytral qalmasını səciyyələndirdi:

“Bununla, Ermənistan Rusiyanın təhriki ilə Azərbaycanın Qərb qapısını bağlamağa çalışırdı. Tovuz döyüşlərində Ermənistanın planı baş tutmadı. Azərbaycan kiçik hərbi arsenalla bu istiqamətdə düşməni durdurdu.

Azərbaycan bu döyüşdə bir generalını və yüksək rütbəli zabitini itirdi. Bu döyüşün nəticəsində Azərbaycanın sentyabr ayında əks-hücuma keçməsi ilə nəticələndi.

Tovuz döyüşləri Azərbaycan və Mərkəzi Asiyanın Qərbə açılan qapısını bağlamalı idi. Neft kəmərlərinə nəzarəti düşmən ölkə götürməyi planlayırdı. Proseslər tam Ermənistanın kapitulyasiyası ilə nəticələndi”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info