Osman Nərimanoğlunun həbsi sifarişdi...? - DİN-dən məsələyə rəsmi açıqlama

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev baş redaktoru həbs etdirib.
Hurriyyet.az-a bu barədə bölgə müxbiri Azər Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, dünən A.Qədiməliyev Demokratik.az saytının baş redaktoru Osman Nərimanoğlunu görüşə dəvət edib. Bu görüş zamanı Təhsil İdarəsinin müdiri baş redaktordan barəsində gedən tənqidi yazıları dayandırmağı xahiş edib. Daha sonra isə Demokratik.az saytına dəstək adı altında O.Nərimanoğluna 1500 AZN pul təklif edib.

Məlumata əsasən, baş redaktor həmin pulu öncə götürmək istəməsə də, sonradan A.Qədiməliyev “mən bunu sənin saytına dəstək məqsdilə və bir dost kimi verirəm”, - deyərək həmin vasiti onun cibinə basıb. Maraqlıdır ki, az müddət sonra polis əməkdaşları baş redaktoru qandallayaraq, əvvəlcədən seriya nömrələri yazılan həmin pulları O.Nərimanoğlunun cibindən çıxararaq, akt tərtbib ediblər. Bu zaman baş redaktora məlum olub ki, saatlardır ona dostluqdan danışan Anar Qədiməliyev, əslində, onu görüşə dəvət etməklə “torbasını tikmək” niyyətində olub.
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

***

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:

“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info