Lerikdə özbaşınalıq, talanan büdcə və rayonu kütləvi tərk edən əhali

Rayonda işsizlik, məmur özbaşınalığı və korrupsiya tüğyan edir. Bu barədə Lerik sakinləri 7GÜN XƏBƏR-ə danışıblar.
Sosial problemlərin artdığı bir vaxtda icra başçısı Əkbər Abbasovun özünə avtomobil alması isə əhalini qəzəbləndirib. Belə ki, noyabrın 10-da Lerik Rayon İcra Hakimiyyətinin “Xidməti minik avtomobilinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

İcra hakimiyyəti ilə “Nurgün Motors” MMC arasında 57.800 AZN-lik müqavilə imzalanıb.
Əkbər Abbasovun bu addımı isə ciddi narazılıq yaradıb, çünki icra başçısı olduğu zamana heç bir vədinə əməl etməyib, əskində rayonda vəziyyət daha da pisləşib. O isə bunun fondunda özünün komfort həyat tərzinin qayğısına qalır və “Nissan X-Trail” alır.
“Heç bir iqtisadi inkişafı olmayan rayona dövlət tərəfindən verilən dotasiyanın kəsilməsi isə icra başçısının uğursuz fəaliyyəti ilə bağlıdır”, – deyir sakinlər.
Onların sözlərinə görə, Əkbər Abbasovun dövründə rayonda vəziyyət o həddə çatıb ki, kəndlərdən kütləvi köç başlayıb, demək olar ki, 10-dan yuxarı kəndin sakinləri tamamilə Bakı və ölkənin digər ərazilərinə köçüblər.
Bundan başqa, rayonda məmur özbaşınalığı da pik həddə çatıb.
Sakinlər deyirlər ki, rayonun bütün maliyyə idarəetməsi Hafiz İmanovun əlindədir.
Rövşən Bağırovun 14 illik icra başçısı olduğu müddətdə Rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışan İmanov rayon büdcəsini istədiyi kimi idarə edir. Əkbər Abbasovun isə İmanovlarla yaxınlığının səbəbi barədə dəfələrlə yazılıb.
Sakinlər deyirlər ki, Hafiz İmanovun qardaşı Heybət İmanov Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutduğundan Lerik rayonun icra başçısı Əkbər Abbasovdan sui-istifadə edir. Çünki Əkbər Abbasovun bir qardaşı Elvin Əkbərov da nazirlikdə müşavir işləyir.
Onun o vəzifəyə getməsində Heybət İmanovun rolu böyük olub.
Ona görə də Əkbər Abbasov qardaşına görə Hafiz İmanova belə böyük səlahiyyət tanıyıb.
Hazırda isə rayonda abadlıq işləri aparılır. Bütün maliyyə nəzarəti də İmanovdadır. Amma rayonda problemlər bununla bitmir, məsələn, tenderdə qalib gələn şirkətlər qalıb kənarda, abadlıq işlərində sosial işçiləri işlədirlər ki, ayrılmış vəsaiti yesinlər.
Qarşı tərəf mövqe bildirə bilər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info