Şəkinin icra başçısı Şəhid ailəsi ilə MƏZƏLƏNİR? -

Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident, Mən, 8 uşaq tərbiyə etmiş, şəhid anası kimi son 4 ildə 12 dəfə Sizə və aidiyyatı dövlət idarələrinə müraciət edərək xahiş etmişdim ki, hazırda 8 nəfərin ( kiçik oğlum Sadiqin 4 nəfər ailəsi, qızım Şəhlanın 2 balaca övladı) və mənimlə birlikdə yaşadığımız yarasız və təmirsiz qəzalı evin vəziyyətini, mənim “qəhrəman ana” kimi güzəştli şərtləri nəzərə alaraq 2012-ci ilin aprelin 4-dən mənzil növbəsinə durmuşam ki, bu problem tezliklə həllini tapsın.

Xatırladım ki, həklə 2012-ci ildə mən şəhid ailələri arasında növbədə 11-ci idim. Aldığım məlumatlara görə son 11 ildə məndən əvvəl və sonar mənzil növbəsinə duranların əksəriyyəti təmin edilmişdir. Buna baxmayaraq Şəki İcra Hakimiyyəti və ƏƏSMN-yi hər dəfə mənə 2028-ci ilə dək mənzillə təmin olunacağımı yazdıqları quru, cabsıxıcı və bürokrat cavab məktublarında xatırladırlar. Səbəbi də çox adama aydındır. Həqiqətən mənim maddi imkanım çox aşağıdır. Hazırda işsiz oğlum və qızım Şəhlanın atasız qalan iki balaca övladları üçün çalışıram 77 yaşım var.

Bütün bu bürokratiq və süründürməçilkdən bezərək sentyabrın 18-də Sizinlıə şəxsən görüşmək üçün teleqram vurmuşam. Dərhal Şəki İcra Hakimiyyətində mənə 09 oktyabr 2023-cü il tarixli məktub göndərib ikinci abzasda yazıblar ki, guya bunlar şəxsən mənimlə əlaqə saxlayıblarmış və Prezidentə teleqram ünvanlamaqda məqsədimizin evlə təmin olunması ilə bağlı olduğunu bildirmişik. Bu ağ yalandır. Şəki İH-dən heç kim mənimlə və evdəkilərlə əlaqə saxlamayıb, evimizə kimsəni göndərməyiblər. Və Cənab Prezident Sizə mənim adımdan yalan məlumat veriblər. Mən də oktyabrın 11-də təkrar olaraq Sizə ikinci teleqram göndərmişəm ki, Məni şəxsən qəbul edəsiniz. Teleqramın nə evlə, nə hər hansı yardımla heç bir əlaqəsi yoxdur.

Əksinə, Şəki İH-nin işçisi olan Yaşar Əbdürrəhimov adlı Əhməd qaynımın oğluna sifariş verib 525.az saytında yalan və böhtanlar yazdırılar ki, guya mənim şəhid oğlum Faiq fərarilik edibmiş, bizim hər şəraiti olan yaraşıqlı mənzilimiz varmış və s. sərsəmləmələr. Amma bu adam 1 gün əvvəl bacımın hüzüründə şəxsən mənə bildirdi ki, Məfkurə xala problem çalışarıq həll edərik( 29 avqustda) Səhəri gün yaramaz ünsürlərin sifarişilə bizim ailəyə böhtan dolu məqalə çap etdirdi.

Cənab Prezident, Sizdən bir daha xahiş edirəm ki, bu ağır daxili və xarici böhranların yaşandığı indiki dövrümüzdə mən şəxsən 2-3 dəqiqə qəbul etməyə vaxtınızı ayırasınız. Sağ olun".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info