İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...ŞOKK !!!

...Oğuzda nə baş verir???

...Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı Qurbanov Eyvaz Daşdəmir oğlunun, qardaşının, qohumlarının qanunsuz əməlləri ilə bağlı yazıya keçməzdən öncə cənab başçının həyat yoluna nəzər salaq.
Deməli, qısaca qeyd edək ki, Eyvaz Qurbanov 1963-cü ildə Oğuz rayonunda anadan olub, orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib və bir neçə il sonra, dəqiq desək 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyub. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, sonra deputat ola bilməyib və....20 aprel 2011-ci il tarixdən bu günədək Oğuz Rayonu İcra Hakimiyyətinin başçısıdır. Fikir verdinizmi, bu adam 1984-cü ildə 1-ci kurs tələbəsi olanda ölkənin ən böyük Republika Stadionunun direktoru olub. Bu necə ola bilərdi..? Sonra bu adam 5 il Oğuzun deputatı olub və etimadı doğrultmadığı üçün 2-ci dəfə deputat olmayıb və Oğuzun icra başçısı olub. İndi keçək icra başçısının 12 illik fəaliyyətinə.
Deməli, Oğuzun təbii meşələri, səfalı iqlimi və s haqqında az qala hamı bilir. Cənab başçı bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. Bu hələ harasıdır..? İcra başçısının qardaşı MAHİR QURBANOV Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.
İndi isə keçək icra başçısının qudası Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir.
Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib.
Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.
Bu adam özü Oğuzlu olsa da sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 «Kamaz» odun daşıyırlar. Bir «Kamaz» odunun qiyməti 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq işləri ancaq iki şirkətə verilir: “Rövşən Oğuz Qrup” və “Uğan” MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur. Biz hələ icra başçısının müavininin otributlarımıza qarşı olan hörmətsizliyindən danışmırıq.
Sözün qısası, icra başçısı, qardaşı və qudası 11 ildən çoxdur ki, Oğuzu məhv edir.
Növbəti yazımızda Oğuzun icra başçısı Eyvaz Qurbanov nə üçün rayonda tapılmlr yazısı dərc olunacaq. Bizi izləyin...
(gundelik-baku.com)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info