Beyləqanda bələdiyyə sədri QOÇULUQ EDİR – GİLEY

Beyləqan rayon sakini Əhmədli Mübariz Novruz oğlu yerli bələdiyyənin sədrinin qanunsuz əməllərindən bezdiyini bildirir.
DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bələdiyyə sədrini onu işlətsə də, pulunu verməməkdə ittiham edir.
Onun sözlərinə görə, Beyləqan rayon Bahar qəsəbəsinin bələdiyyə sədri Elçin İsmayılov onu işlədərək, hər ay maaş verəcəyini söyləsə də, amma vədinə əməl etməyib.

Mübariz Əhmədli müxtəlif fiziki işlərdə çalışdırılıb, amma əvəzində vəd olunan əməkhaqqı ödənilməyib.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info