Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb - FOTO

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov çıxış edərək ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılır və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülür. Siz şagirdlər isə belə şəxslərdən kənar gəzməli, digər şəxslərə örnək olmalı və təhsilinizdə daima uğurlar qazanmalısız.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və “ağ ölüm”ün zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info