Polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.

Ulutv.info xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info