Fizuli Əhmədov şagirdlərə hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verib - FOTO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan Gənclər Evində şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verib. O, bildirib ki, polis sıralarına qatılmaq arzusunda olan gənclər sağlam həyat tərzi keçirməli, dərslərini yaxşı oxumalıdır.
Daha sonra çıxış edən digər tədbir iştirakçıları polisin gündəlik fəaliyyətini şagirdlərin diqqətinə çatdıraraq, Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat veriblər.

Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Ulutv.info





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info