Kəlbəcərdə tikilən tuneli su basdı - İşi icra edənlər məsuliyyətsizlik edib - VİDEO

Kəlbəcərdə tikilən tuneli su basıb. Avtosfer.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inşa etdiyi tunel yağış sularına qərq olub. Belə ki, güclü yağış nəticəsində dağlarda əmələ gələn su tunelə dolub. Nəticədə iş dayanıb, əraziyə xeyli ziyan dəyib.

Sosial şəbəkə istifadəçiləri Dövlət Agentliyini məsuliyyətsizlikdə qınayıb. Qeyd edilib ki, ərazidə tikinti işlərini aparanlar vaxtında hesablama aparıb suyun istiqamətini dəyişsəydi, belə bir mənzərə ortaya çıxmazdı.

Həmin görüntüləri təqdim edirik:

VİDEOYAY BURADA BAXA BİLƏRSİNİZ
Emin
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info