Pənahəli xanın nəslinin davamçıları niyə İspaniyaya köçüb? - VİDEO

Qarabağ xanı Pənahəli xanın nəslinin davamçısı olan Əkbərovlar ailəsi İspaniyanın paytaxtı Madrid şəhərində yaşayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin Youtube kanalı olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu bu günlərdə İspaniyaya ezam olunub və ailənin qonağı olub.

Verilişdə xan nəslindən olan ailənin taleyi, o cümlədən Azərbaycandan köçmə səbəbləri, övladlarının təhsil imkanları barədə danışılıb, milli adət-ənənələrimizə, islam dəyərlərinə bağlılıqlarına geniş yer verilib.

Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişi İctimai TV-də yayımlanıb. Verilişi aşağıdakı link vasitəsilə izləmək olar:
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info