DİN: Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb - FOTO/VİDEO


Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, əvvəlcə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri- Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin narkotik vasitəni Qax rayon sakini Vüqar Osmanovdan aldıqları müəyyən edilib.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Vüqar Osmanov da şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Faktlarla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Ulutv.info

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info