Elm və təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, 2022-23-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.

Qeyd edək ki, bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq.



Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info