Goranboyun qalmaqallı məktəbində müəllim şagirdi döyərək xəstəxanalıq edib – FOTO/AUDİOFAKT

Goranboy rayonun Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbinin informatika müəlliməsi Xuraman Quluyeva 4- cü sinif şagirdlərini döyərək xəstəxanalıq edib.

Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, hadisə 12 aprel 2023-cü il tarixdə baş verib.

Belə ki, informatika müəllimi Xuraman Quluyeva məktəbdə şagirdlərin gözü qarşısında 4-cü sinifdə oxuyan Rəhim Səmədov və Rza adlı şagirdlərin baş-beyin nahiyyısinə çoxsaylı zərbələr endirib.Nəticədə halı pisləşən Rza adlı şagird qusmağa başlayıb. Bu hadisədən dərhal məlumat tutan valideyinlər öz övladını Goranboy rayonun Mərkəzi Xəsətəxanasına aparıblar.

Rza adlı şagirdi həkimlər müayinə edərək onu 2 gün də xəstəxanada saxlayıblar.

Bu, məktəbdə sözün əsl mənasında “dərə xəlvət, tülkü bəydir” – deyimi hər kəsə bəllidir. Məktəbdə pulyığımı, oğurluq, dava-dalaş kimi çoxsaylı faktlar olmasına baxmayaraq direktor Güntəkin Cəfərovaya gözünü üstə qaşın var deyən olmayıb.Ancaq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təyin ediləndən sonra bu xanım direktora “şiddətli töhmət”lə cəzalandıra bilib.

Amma nə olsun ki, məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə almırlar.

Bəs görəsən, bu orta məktəbdə çalışan psixoloq öz vəzifə funksiyalarını necə yerinə yetirir? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirmi? Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin “Məktəbdə Uşaq Birliyi” rəhbərinin fəaliyyəti də ürək açan deyil.

Belə olmasaydı çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləsəydi azyaşlı uşaqların döyülüb şiddətə məruz qalması da baş verməzdi.

Məlumat ūçūn qeyd edək ki,informatika müəllimi Xuraman Quluyeva bir gündə iki şagirdi döyüb.

Redaksiya olaraq inanırıq ki, aidiyyatı dövlət qurumları baş verən insidentlə bağlı müvafiq araşdırmalar aparıb məsələyə hüquqi qiymət verəcəkdir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Döyülmüş şagirdin anasının səs yazısını təqdim edirik:





Redaksiyamızın Daxili İşlər Nazirliyinin Regional Mətbuat Xidmətinə ünvanladığı sorğusuna cavab olaraq bildirilib ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov:
Məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb. Məktəblinin valideyni ifadəsində övladının məktəbdə döyülməsi ilə bağlı iddiaları təkzib edib və həmin foto şəkilləri valideynlər qrupunda başqa bir səbəblə paylaşdığını bildirib. Bundan başqa xəstəxanadan uşağın üzərində hər hansı bir xəsarət olmadığı bildirilib
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info