Bəşir Bağırzadə Daxilə nəzarət etmir sadəcə olaraq Zəfər Qurbanovun əmirlərini yerinə yetirir - İDDİA

Sabiq nazir KTN İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb…

Bu fikirləri Turantv.az saytının elektron poçt ünvanına göndərən mənbənin fikirlərində deyilir. Məktubda daha sonra qeyd olunur ki:

Belə ki,çıxış yolunu AMEA-nın prezidenti İsa Həbibbəyliyə yaxınlaşmaq və rektor olmaq üçün ondan kömək isdəməkdir. Rektor əvəzi təyinatından heç bir ay keçməmiş sabiq Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmovu 0,5 ştat vahidi müəllim işə götürmüşdür. Saleh Məhərrəmovdan başqa Şəlalə Zeynalova və Asəf Ömərovu ADAU-ya 0,5 ştat vahidi müəllim işinə götürmüşdür. Adı çəkilən müəllimlərin heç biri indiyə qədər dərs yüklərinin birini belə keçməyiblər. Həmin müəllimlərin dərsini başqa müəllimlər əvəz edərək keçir amma hər ay adı çəkilən müəllimlər universitetin hesabından əməkhaqqı alırlar.

Bu böyük maliyyə pozğunluğudur bəs hər iclasda maliyyədən danışan maliyyə vəsaitini artırmaqdan danışan Zəfər Qurbanov niyə bu adı çəkilən müəllimlərə ölü can maaş verir?

Zəfər Qurbanov Saleh Məhərrəmovu müəllim kimi işə götürməsində əsas maraq: AMEA nın prezidenti İsa Həbibbəyli ilə yeznə qayın olan Saleh Məhərrəmovun əli ilə İsa Həbibbəyli ilə əlaqə qurmaq və rektor keçməyinə köməklik istəməsidir…

Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli rektorluqdan çıxdıqan sonra rektorluğu yeznəsi Saleh Məhərrəmova vermişdi. Saleh Məhərrəmov rektor keçər-keçməz hüquq fakültəsinə ikinci ixtisasın qəbulun qiymətini 80 min manata çıxarmışdı. Korrupsiya ilə idarə etdiyinə görə Saleh Məhərrəmovu bir müddətdən sonra rektorluq vəzifəsindən azad edildi. Çox maraqlısıda odur ki, üç müəllimin hamısı Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasına müəllim kimi işə götürülüb. Kafedranın müdirü Zahir Ələsgərov işə gəlməyən Bakı şəhərində öz işləri ilə məşğul olan Asəf Ömərov, Şəlalə Zeynalova və Saleh Məhərrəmovun kafedraya gəlməmələrinə dərslərinin başqa müəllimlər tərəfindən keçirilməsinə etiraz etmir. Buna səbəb isə kafedra müdürü Zahir Ələsgərovun maraqlarının olmasıdır. Belə ki kafedra müdürü üç müəllimin işə gəlməməyini ört-basdır etmək üçün dərslərini ancaq magistır şöbəsinə salmasıdır.

Zahir Ələsgərov hətta bu vəziyyətdən istifadə edərək 20 yaxın magistır tələbəsinin elmi rəhbərliyini işə gəlməyən üç müəllimə bilərəkdən yazmışdır. Özü isə həmin tələbələrdən iki min manat alaraq mövzuları plagiat yazdırmaqla məşğuldur. Bəs sual yaranır: Bir müddət əvvəl magistır tələbəsindən elmi işin yazılması üçün pul istəyən Hümbətov Hümbəti (Bəşir Bağırzadə rüşvət istəməsən deyib) müəllimi məcbur edərək işdən çıxma ərizəsi alan Bəşir Bağırzadə nəyə görə işə gəlməyən ölü can maaş alan üç müəllimin işə gəlib gəlmədiyini yoxlamır?

20-ə yaxın magistır tələbəsinin magistır desertasiyasının elmi rəhbəri kimdir və kim işləyir?

Demək ki, Bəşir Bağırzadə Daxilə nəzarət etmir sadəcə olaraq Zəfər Qurbanovun əmirlərini yerinə yetirir. İndiyə kimi ADAU-ya bir çox rəhbərlik edən rektorlar və rektor əvəzləyən olub ki, onların rəhbərlik etdikləri dövürdə heç bir müəllim belə korrupsiya ilə tutulmamışdır. Zəfər Qurbanovun təyinatından sonra universitetdə özbaşınalıq və rüşvət baş alıb gedir. Maraqlısıda odur ki, rüşvətin ancaq Zəfər Qurbanovun həm yerliləri və yaxınları alır.

Daxili nəzarət şöbəsinin müdürü Bəşir Bağırzadə isə Zəfər Qurbanova haqq verməyən müəllimlərin rüşvət almasını gözləyir və ya haqqını tələb edənləri tələbələrin əli ilə işdən çıxarmağa çalışır. SalehMəhərrəmovunGəncə şəhərində olmağına baxmayaraq Zəfər Qurbanov yeni müdafiə şurası yaratmaq isdəyir sədrini isə İsa Həbibbəylinin yeznəsi Saleh Məhərrəmovu təyin etməkdir.

Bir deyən yoxdur ki, ay Zəfər Qurbanov Saleh Məhərrəmov ömrü boyu təhsildə adı ancaq rüşvətdə hallanıb sən hansı marağa onu müdafiə şurasına sədir təyin edirsən?

Zəfər Qurbanovun buradakı məqsədi yeni yaratdığı müdafiə şurasından korrupsaner Saleh Məhərrəmovun əli ilə pul qazanmağıdır. Zəfər Qurbanov danışanda ancaq özünü sözdə ədalətli düzgünlüyündən danışır. Sual yaranır:

ADAU nin THİK nin sədri təyin etdiyi Qasımov İbrahim İldırım oğlunu hansı tələbə tanıyır?

Özüdə bakalavr təhsilini Gəncə Dövlət Universitetində oxuyub. 2022-ci ildə ADAU nə magistır şöbəsinə qəbul olub. Əgər THİK seçki yolunan olursa Qasımov İbrahimi hansı tələbə tanıyır?

Bu vəzifə seçki ilə təyin edilirsə nəyə görə ADAU nin tələbə kollektivində vəzifə elanı verilməyib?

Ya verilibsə niyə namizədlərdən yalnız Qasımov İbrahim olub?

Çünki bunun bir səbəbi var oda ki, Qasımov İbrahimin THİK-nın sədri olması başlıca səbəbkarı Təvəkkgül İslamov olmuşdur. Beləki mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov 15 min manat pulu Qasımov İbrahimdən alaraq Bəşir Bağırzadəyə vermiş rektor əvəzi Zəfər Qurbanov isə THİK sədri təqdimatın verərək təyin edilməsi iddia olunur.

Maraqlısıda odur ki, belə haqsızlıqdan şikayyət edəndə prorektorlar və şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki! Yaxşı onda professor müəllim heyyəti dərdini kimə desin? Dezerti Zəfər Qurbanovun qara kassası sağ əli Bəşir Bağırzadəyə!

Bəşir Bağırzadə hansı qanuni işdən danışır ki, üç müəllim Bakıda öz işləri məşğul olur.

Zəfər Qurbanov hansı sifətlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz. Sənin idarəçiliyin altında dekan Famil Nəsibov tutuldu məhkəmə qərarı ilə işindən azad edildi. İndi işi xod gedən hər tələbədən 2 min manat alaraq elmi işlərini yazdıran kafedra müdürü Zahir Ələsgərovun rüşvətxorluğundan kimə deyəsən?

Hələ fakültələrdə qiyabi şöbəni ayırıb ayrıca şöbə yaratmaq istəyən Zəfər Qurbanov şöbəni ayırmamış qiyabi şöbəyə dekan axdarır.

Qiyabi şöbəyə dekanı isə Bəşir Bağırzadə axdarır. Sanki şöbə dekanlığı Bəşir Bağırzadə tərəfindən hərraca çıxarılıb və dekan olmaq istəyənlərin təkliflərini öyrənib Zəfər Qurbanova çatdırır,yəqinki burda da kim çox pul versə həmin şəxs dekan olacaq.

Universitetdə özbaşınalıq höküm sürür. Biz professor və müəllim heyyəti inanırıq ki, lazımı qurumlar bu barədə ciddi tədbir görəcək. Bu barədə yenə geniş məlumat verəciyik. Ardı var…

ADAU-nin professor və müəllim heyyəti

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info